Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb

Biləsuvarda baş vermiş partlayışla əlaqədar cinayət işi başlanıb

14 Fevral 2014 15:53
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokurorluğun mətbuat xidmətindən Apa -ya verilənməlumata görə, fevralın 13-də saat 16:00 radələrində Biləsuvar şəhərində "KamAZ" markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qaynaq işləri aparılan zaman yanğınla müşayiət olunmayan partlayış baş verib.

Partlayış nəticəsində avtomobilin sürücüsü Şaiq Cəfərli və qaynaq işlərini aparan Əjdər Poladovun ölməsi, fəhlə Baloğlan Poladovun isə xəsarət alması faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. B.Poladov aldığı bədən xəsarətləri ilə əlaqədar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İş üzrə zəruri ekspertizalar təyin edilib və hazırda istintaq tədbirləri davam etdirilir.