Havada ciddi dəyişiklik gözlənilmir

Havada ciddi dəyişiklik gözlənilmir

14 Fevral 2014 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
6-10 dərəcə isti olacaq

Fevralın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir.

Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturunun gecə 2-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-3, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.