Daha bir faciəvi partlayış: ”KamAZ” yandı, sürücü öldü

Daha bir faciəvi partlayış: ”KamAZ” yandı, sürücü öldü

13 Fevral 2014 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar rayonunda güclü partlayış olub. Rayondan verilən məlumata görə rayonun "Heydər Əliyev prospekti"ndə Naxçıvan sakini Cəfərov Şahin Həsən oğluna məxsus yanacaqdaşıyan qoşqulu "KamAZ" markalı maşın partlayıb.

Partlayışın təsirindən maşın 10 metr göyə qalxaraq parçalanıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb, digər xəsarət alanlar haqqında məlumat verilmir.

Hadisənin təfərrüatları tam bəlli deyil.