Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: "Partlayış zamanı 3 nəfər xəsarət alıb"

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası: "Partlayış zamanı 3 nəfər xəsarət alıb"

13 Fevral 2014 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Bu gün Bakıda partlayış baş verən əraziyə Təcili Yardımın 7 briqadası göndərilib".

Bunu apa-ya açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük kimi Zemfira Vahidova deyib.Z. Vahidova bildirib ki, 3 nəfərə yerindəcə yardım edilib: "Onlardan ikisi qadın, biri isə kişidir. Həmin üç nəfəri artıq xəstəxanaya yerləşdirmişik. İki qadın 1 saylı kilinik xəstəxanaya, 24 yaşlı oğlan Travmatologiya İnstitutuna yerləşdirilib".

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən göndərilən briqadalar artıq oradan çıxarılıb: "Hər ehtimala qarşı orada 2 briqada saxladıq. Bina həm çöküb, həm də uçub. Ümumiyyətlə, tikintisi saxlanılmış binadır. İlkin məlumata görə, həmin binanın zirzəmisində qaz sızma nəticəsində partlayış baş verib".

Qeyd edək ki, bu gün "Azadlıq prospekti" metro stansiyasının yaxınlığındakı kafedə partlayış baş verib. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.