Sürücülərin qayda pozuntuları mobil telefonlarına göndəriləcək

Sürücülərin qayda pozuntuları mobil telefonlarına göndəriləcək

13 Fevral 2014 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Artıq sürücülər törətdikləri yol hərəkəti qayda pozuntularının video görüntüsünü mobil telefonlarından izləyə biləcəklər. Prezident İlham Əliyevinfərmanına əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndəriləcək.

Bu isə bir çox narazılıqların aradan qalxmasına səbəb olacaq.

Belə ki, bəzən sürücülər çəkilən şəkillərin onlara məxsus olmadıqlarını iddia edirdilər. İndiki halda isə artıq sübut həmin sürücünün mobil nömrəsinə göndərilməklə təsdiqini tapmış olacaq. Bununla da problemlər aradan qaldırılacaq.