Axtarışda olan daha bir azərbaycanlı Əfqanıstanda öldürülüb

Axtarışda olan daha bir azərbaycanlı Əfqanıstanda öldürülüb

12 Fevral 2014 19:21
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Əfqanıstanda öldürüldüyü məlum olub

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan Şəki rayon sakini, 39 yaşlı Müşfiq Bayramov koalisiya qüvvələri tərəfindən öldürülüb.

M. Bayramovun beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun saytında da yerləşdirilib.

İnterpolun saytındakı məlumata görə, A. Yusubov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub.

Qeyd edək ki, apa bir neçə gün əvvəl də İnterpol xətti ilə axtarışda olan azərbaycanlılar - Xudat şəhər sakini, 39 yaşlı Urfan Ağcabəyovun Suriyada, Şəki rayon sakini, 36 yaşlı Azar Yusubovun isə Əfqanıstanda öldürülməsi barədə məlumat yayıb.

Onlar da Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunublar.