İlham Əliyev Əlcəzair prezidentinə başsağlığı verib

İlham Əliyev Əlcəzair prezidentinə başsağlığı verib

12 Fevral 2014 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikaya başsağlığı verib.

Вövlət başçısı məktubunda Əlcəzairdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərindən sarsıldığını yazıb.

"Hörmətli cənab prezident, ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".