19 yaşlı oğlan sevgilisinə görə özünü 30 metr hündürlükdən atdı

19 yaşlı oğlan sevgilisinə görə özünü 30 metr hündürlükdən atdı

12 Fevral 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)
Kürdəmirdə dəhşətli olay

Fevralın 11-də Kürdəmir rayonunda özünü qüllədən atan 19 yaşlı oğlan xəstəxanada ölüb. Kürdəmir şəhərindəki dəmir yolu vağzalının yaxınlığındakı işıqlandırma qülləsinə çıxıb özünü 30-35 metrlik hündürlükdən atan Azad Şıxəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, A.Şixəliyevi fikrindən daşındırmaq üçün onun sevdiyi qız da qülləyə çıxıb. Gənc oğlan özünü atarkən qız ondan yapışıb, lakin saxlamağa gücü çatmayıb. 19 yaşlı oğlan ətrafa toplaşmış yüzlərlə insanın, ailə üzvlərinin və sevdiyi qızın gözləri qarşısında özünü ataraq intihar edib.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanılıb