
Dəhşətli təyyarə qəzasında 103 nəfər ölüb
Əlcəzairdə hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox adam ölüb. "RİA Novosti"nin verdiyi məlumata görə, qəza ölkənin şərqində, Umm-əl-Bəvaki yaşayış məntəqəsi yaxınlığında baş verib.
Hərbi mənbələrin bildirdiyinə görə, təyyarə Varkale əyalətindən ölkənin şimal-şərqindəki Konstantina şəhərinin aeroportuna gedirmiş.
Öz növbəsində Əlcəzairin "Ən-Nahar" telekanalı aviaqəza nəticəsində 103 nəfərin öldüyü haqda məlumat yayıb.
Digər xəbərlər