
Təşkilat direktoruna cinayət işi açılıb
Azərbaycanda auditor barəsində cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktor-auditorunun qanunsuz hərəkətlərə yol verməsinə dair material baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırma zamanı təşkilatın direktor-auditoru Natiq Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsində əsaslı şübhələr olduğundan, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.