Ağcabədidə ev yanıb

Ağcabədidə ev yanıb

11 Fevral 2014 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib. Yanğın Avşar kənd sakini Bakir İmamquliyevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

İlkin ehtimala görə, hadisəyə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlər briqadasının əməkdaşları cəlb olunub. Yalnız bundan sonra yanğın söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır .