
İşə düzəltmək adı ilə kişini aldadan qadın axtarılır
Bakı sakini dələduzluq faktı ilə üzləşməsi barədə polisə müraciət edib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Samir Tariyel oğlu Davudov polisə ərizə ilə müraciət edərək bildirib ki, ötən il Zərgərpalan küçəsi - 4 ünvanın qarşısında 1966-cı il təvəllüdlü Südabə Qafarova ondan işə düzəltmək adı ilə 25 min manat pul alıb. Lakin sonuncu ona qarşı dələduzluq edib. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər