“Atçılıq mərkəzi”nin müdirini soydular

“Atçılıq mərkəzi”nin müdirini soydular

11 Fevral 2014 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 10-da Binə qəsəbəsində yerləşən "Atçılıq mərkəzi"nin müdiri, Bakı şəhər sakini Əhsən Hüseynov polisə müraciət edib.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, müdir xidməti otağının pəncərəsini sındırmaq yolu ilə, içərisində 2000 manat olan seyfi qarət məqsədi ilə oğurlanması barədə məlumat verib.

Bəlli olub ki, həmin seyf 150 metr kənarda açmağa cəhd olunsa da, bu mümkün olmayıb. Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin mərkəzdə çapar işləyən və yataqxanada yaşayan Elvin Məmmədov tutulub. Müəyyən edilib ki, o, oktyabrın 3-ü 2013-cü il tarixdə qeyd olunan yataqxanada yaşayan və atçılıq mərkəzdə mehtər işləyən Fuad Musayevin otağından 500 manat pul oğurlanıb.