FHN: "Nazirliyin Qaynar xəttinə ölkənin heç bir yerindən dağıntılar və xəsarət barədə məlumat daxil olmayıb"

FHN: "Nazirliyin Qaynar xəttinə ölkənin heç bir yerindən dağıntılar və xəsarət barədə məlumat daxil olmayıb"

10 Fevral 2014 17:23
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi zəlzələ ilə bağlı rəsmi açıqlama verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin Qaynar xəttinə ölkənin heç bir yerindən dağıntılar və xəsarət barədə məlumat daxil olmayıb.Xatırladaq ki, bu gün saat 16.00 radələrində Azərbaycanda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bir neçə dəqiqə öncə Azərbaycanda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Xidmətdən bizə verilən məlumata görə, zəlzələnin maqnitudası 5,80 olub. Təkanlar yerli vaxtla saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində qeydə alınıb.