186 il öncə məhz bu gün Azərbaycanın taleyi həll olundu

186 il öncə məhz bu gün Azərbaycanın taleyi həll olundu

10 Fevral 2014 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türkmənçay müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmış müqavilə.Mediainfo.az xəbər verir ki, bu müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçdi.Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəfəkkiri A.A.Bakıxanov da iştirak ediblər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib.Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.