“Kapital Bank”dan qəza ilə bağlı açıqlama

“Kapital Bank”dan qəza ilə bağlı açıqlama

10 Fevral 2014 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Kapital Bank" bu gün səhər Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində Bankın inkassator maşınının qəzaya uğraması xəbəri ilə bağlı açıqlama yayıb. Bankın mətbuat xidmətindən verilən məlumata görə, qəza zamanı həlak olan şəxs kassir, yaralananlardan biri inkassator, digəri isə sürücü-inkassatordur. Yaralılar Musa Nağıyev adına Təcili Tibbi Yardım xəstəxanasında yerləşdirilib.Biləsuvar rayonuna gedərkən qəzaya uğramış maşındakı vəsaitlərin mühafizəsi üçün əraziyə dərhal başqa inkasasiya maşını göndərilib və təhlükəsizlik tədbirləri tam təmin olunub.
Qeyd edək ki, Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində "Kapitalbank"a məxsus inkassator maşını maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan digər şəxslər, böyük inkasator və sürücü ağır yaralanıb.
Hadisə barədə məlumat daxil olan ki, həmin əraziyə digər inkassator maşını gəlib. Qəzaya uğrayan avtomobildəki pulların hamısı götürülüb.

Qeyd edək ki, qəzaya uğrayan inkassator maşını Biləsuvar rayonundakı bank filialına gedirmiş.