
Fəhlə bələdiyyə binasından yıxıldı
Azərbaycanda bələdiyyə binasında faciəli hadisə baş verib.
Neftçala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə fevralın 8-də Neftçala rayon bələdiyyəsinin inzibati binasında qeydə alınıb. Orada təmir işləri aparan, Sabirabad rayon sakini Ağa Mahmudov 3-cü mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər