"Kapital Bank"ın avtomobili aşdı: bank işçisi öldü

"Kapital Bank"ın avtomobili aşdı: bank işçisi öldü

10 Fevral 2014 12:10
Bəyəndim (0) Bəyənmədim (0)
Yaralı da var

Azərbaycanda inkassator avtomobili qəzaya uğrayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində qeydə alınıb."Kapitalbank"a məxsus inkassator maşını yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri ölüb, digəri isə ağır yaralanıb. Hazırda həmin şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.