
İki qardaşı döyərək, xəstəxanalıq etdilər
Bakıda iki qardaş naməlum şəxslər tərəfindən döyülüb.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Bağırov küçəsi - 21 ünvanında qeydə alınıb.1985-ci il təvəllüdlü Tural Teymur oğlu Kətanov və qardaşı -1980-ci il təvəllüdlü İlkin naməlum şəxslər tərəfindən aralarında yaranan mübahisə zəminində döyülüblər.
Hər iki qardaş xəsarətlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər