Dəmir yolunda baş verən qəzalara aydınlıq gətirilib

Dəmir yolunda baş verən qəzalara aydınlıq gətirilib

7 Fevral 2014 16:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Dəmir Yolları" QSC son zamanlar ölkənin dəmir yollarında baş verən qəzalara aydınlıq gətirib.

Apa-nın məlumaınta görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov jurnalistlərə açıqlamasında bildirib ki, bu qəzaların səbəbləri ciddi şəkildə araşdırılır.

O, yanvar ayının sonunda baş verən qəzanın səbəblərini açıqlayıb: "Hadisənin baş verməsinə taxta vaqonunun dəmir yolu qaydalarına uyğun olaraq bərkidilməməsi səbəb olub. Qəzanın fəsadları dəmir yolunun səyi nəticəsində qısa müddət ərzində aradan qaldırılıb. Yüklər maksimum səviyyədə toplanaraq sahibkarlara təhvil verilib, məhsul itkisi baş verməyib".

Q. Nəzirov deyib ki, həmin sahədə yolların yenidən qurulmasına da nail olunub: "Bu gün qatarlar nəzərdə tutulan sürətlə hərəkət edə bilir. Dəmir yolunda bununla bağlı ciddi tədbirlər planı hazırlanıb. Dəmir yolunun bütün sahələrində yol təsərrüfatı üzrə komissiyalar yaradılıb, bu komissiyalar işləyir. Bütün yolların infrastruktur vəziyyəti bir daha nəzərdən keçirilir, nöqsanlar aşkarlandıqda yerlərdə ciddi tədbirlər görülür".

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin digər qonşu ölkələrdə baş verən dəmir yolları qəzalarını da izlədiyini deyən idarə rəisinin müavini deyib ki, qurum bu hadisələri nəzərə alaraq, qarşısını almaq üçün ciddi tədbirlər görür: "Artıq bütün sahələr lazımi materiallarla təchiz olunub. Qısa müddətdə bu hadisələrin baş verməsinə səbəb olan tədbirlər görüləcək".