Qayınatasının evində özünü yandırdı

Qayınatasının evində özünü yandırdı

7 Fevral 2014 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

Kürdəmir rayon sakini özünü yandırıb. Rayon Prokurorluğundan yerli bürosuna verilən məlumata görə, Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Ağayev Rahim Səməndər oğlu qayınatası Bədəlov Mehrab Yusif Oğlunun Cəyli kəndindəki evində üzərinə benzin tökərək özünü yandırıb. Üç uşaq atası olan Rahim Ağayevin özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin məlumata görə, hadisəyə Rahim Ağayevin həyat yoldaşı və onun valideynləri ilə aralarında şəxsi münasibətlər zəminində baş verən dava səbəb olub. Məlumata görə, içkiyə meylli olan Rahim Ağayev iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.