
15 yaşlı oğlan hamamda huşsuz vəziyyətdə tapıldı
Ötən gün axşam saalarında Xaçmazda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Məlumata görə, Xaçmaz şəhəri, Fətəli xan Xoyski küçəsi, ev 10 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Abbasov Samir Məmməd oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyətinin orta ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər