Metro əməkdaşının ölümü ilə bağlı cinayət işinin maddəsi dəyişdirildi

Metro əməkdaşının ölümü ilə bağlı cinayət işinin maddəsi dəyişdirildi

6 Fevral 2014 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Beş ay əvvəl Bakıda faciəli şəkildə dünyasını dəyişən Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.

Bu barədə Apa -ya Suraxanı Rayon Prokurorluğundan bildirilib. Məlumata görə, hadisə baş verəndən dərhal sonra Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) maddəsi ilə cinayət işi başlansa da, bir neçə gün əvvəl iş polisdən alınaraq prokurorluğa verilib və həmin maddə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən ilin avqustun 30-da Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi "BMW X-5″ markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb. Qəza baş verən zaman G. Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub. Nişanlısı ilə dava edən G. Məmmədova onun maşınından düşərək yolu keçmək istəyərkən avtomobil vurması nəticəsində ölüb.