Yük qatarı minik maşınını vurub

Yük qatarı minik maşınını vurub

6 Fevral 2014 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi verib. Məlumata görə, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Murad Paşayevin idarə etdiyi yük qatarı Xaçmaz rayonu Mançaroba kənd sakini, 38 yaşlı Ağamirzəyev Vəlirza Canmirzə oğlunun idarə etdiyi 10 CV 213 dövlət nömrə nişanlı "VAZ 2105" markalı minik maşınını dəmiryolu keçidində vurub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Minik maşınının sürücüsü və sərnişini, 32 yaşlı Xaçmaz rayonu, Uzunoba kənd sakini Hacıyev Elşad Hacıxan oğlu müxtəlif bədən xəsarəti alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.