Zaqatalada ev yanıb

Zaqatalada ev yanıb

5 Fevral 2014 18:10
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala şəhərində yaşayış evində yanğın hadisəsi qeydə alınıb.

Yanğın bu gün günorta saatlarında Zaqatala şəhəri, Nəriman Nərimanov küçəsində, Nəbiyeva Gülşən Məhəmməd qızının yaşadığı ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli fərdi yaşayış evinin çardaq hissəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı evdə olan azyaşlı uşaqlar yanğınsöndürənlər tərəfindən xilas edilib. Baş vermiş yanğın nəticəsində evin çardaq hissəsinin 45 kv/m sahəsinin yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək evin ikinci və birinci mərtəbələrinə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına evin hamamının tüstü-bacasından çıxan qığılcımlar səbəb olub.

Qeyd edək ki, yanğın olan evdə Gülşən Nəbiyeva ilə birlikdə onun iki qardaşı da öz ailələri ilə birlikdə yaşayır. Faktla bağlı FHN-in Zaqatala rayon DYMH-də araşdırma aparılır.