
Ölümdən qurtardı
Şabranda özünü beşinci mərtəbədən ataraq intihar etmək istəyən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyi saytının verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Şabran Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji söhbət nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olunub.
Digər xəbərlər