
Moskvada azərbaycanlı “qanuni oğru” öldürüldü
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı avtoritet qətlə yetirilib
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı avtoritet öldürülüb. ANS-in "Region Onlayn" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Moskvanın Petrovsko-Razumovski yolunda əzilən avtomobil aşkarlanıb.
Hüquq-mühafizə orqanlarının şübhəli avtomobilə baxışı zamanı, maşının içərisində güllələnmiş kişi meyidi tapılıb. Araşdırmalar zamanı öldürülən şəxsin kriminal aləmdə ad qazanmış "qanuni oğru" İlqar Çıldırı olduğu müəyyən olub. Onun əslən azərbaycanlı olduğu qeyd olunub. Meyitin yanında güllə gilizləri tapılıb.
Moskva polisinin araşdırmaları zamanı həmin şəxsin keçirilən böyük oğru məclisindən sonra, elə avtoritetlər tərəfindən öldürüldüyü ortaya çıxıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Digər xəbərlər