
Avtoqəzada sürücü diri-diri yandı
Yanğın söndürüldükdən sonra F.Qasımovun yanmış meyiti avtomobilinin salonunda tapılıb
Ötən gecə saat 03:00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin dəhşətli yol qəzası olub. Daxili İşlər Nazirliyi bu barədə rəsmi məlumat yayıb. Məlumata görə, Bakı şəhər sakinləri Teymur İsmayılovun idarə etdiyi "AzSamand" və Fərahim Qasımovun idarə etdiyi "QAZ-24" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində yanğın baş verib. Qəza yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürlənləri cəlb olunub. Alov söndürülüb. Yanğın söndürüldükdən sonra F.Qasımovun yanmış meyiti avtomobilinin salonunda tapılıb.
Qəza nəticəsində xəsarət alan T.İsmayılova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər