Mağazadan pul və tüfəng patronları oğurlayan şəxslər tutulub

Mağazadan pul və tüfəng patronları oğurlayan şəxslər tutulub

5 Fevral 2014 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda mağazadan pul və tüfəng patronları oğurlayan şəxslər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 4-də Bakı şəhər sakini Əli Rzayevə məxsus Ə.Rəcəbli küçəsində yerləşən mağazadan qapını sındırmaqla içəridə olan seyfdən şəxsiyyət vəsiqəsi, "Mercedes" markalı avtomobilin texniki pasportu, 650 manat və 30 ədəd ov tüfənginə aid patron oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Ruslan Mirzəyev və Ağdam rayon sakini Əsəd Cavadzadə tutulublar.