Yasamalda kirayənişinlərin evində yanğın olub

Yasamalda kirayənişinlərin evində yanğın olub

5 Fevral 2014 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə Xıdır Mustafayev küçəsində Arzu Əsgərova məxsus həyət evində qeydə alınıb. Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin Yasamal rayon hissəsinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğınsöndürənlər alovun yayılmasına imkan verməyiblər və yanğın söndürülüb.

Ev sahibinin apa-ya verdiyi məlumata görə, yanğının baş verdiyi ikinci mərtəbədə son bir həftə ərzində yaşayış olmayıb. Orada bir həftə əvvələ qədər kirayənişinlər yaşayıblar. Arzu Əsgərovun bildirdiyinə görə, otaqda qazla işləyən cihazların hamısı sönülü vəziyyətdə olub. Ev sahibi yanğına qısaqapanmanın səbəb olduğunu düşünür."Azəriqaz" İstehsalat Birliyinin Yasamal Qaz İstismar Sahəsinin əməkdaşları da hadisə yerinə baxış keçiriblər. Onlar da yanğının qazdan baş verdiyini istisna edirlər.Faktla bağlı araşdırma aparılır.