
Restoranda 49 yaşlı fəhləni cərəyan vurub öldürdü
Dünən axşam saatlarında Xaçmazda elektrik cərəyanının vurması nəticəsində bir nəfər dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən şəxs Xaçmaz şəhəri İsmət Rəsulov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan 49 yaşlı Mabidov Rasim Məmmədxan oğludur.
Hadisə mərhumun fəhlə kimi çalışdığı restoranda qeydə alınıb.Meyit Xaçmaz morqunda müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərlər