3000 cücə yanğında məhv olub

3000 cücə yanğında məhv olub

4 Fevral 2014 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ucarda baş verən yanğında 3000 cücə məhv olub. Apa-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün rayonun Qaracallı kəndində, kənd sakini, 57 yaşlı Hüseynov Akif Abdin oğluna məxsus ümumi sahəsi 400 kvadratmetr olan, toyuq-cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərə gec xəbər verildiyindən, tikilinin 150 kvadratmetr tavan hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub.

Məlumata görə, tikilinin içərisində olan 3000 cücənin bir hissəsi yanaraq, qalan hissəsi isə tüstüdən boğularaq məhv olub. Faktla bağlı araşdırma aparılır.