
Ailə başçısının faciəsi
Bakı şəhərində dünən gecə işdən evinə gələn 30 yaşlı İlkin Rahimov iş paltarlarını həyat yoldaşına verərək yumasını tapşırır. Sonra isə sərxoş olduğundan birbaşa yatmağa gedir. Səhər açılanda isə xanımı onun meyitini həyətdəki ağacda asılmış vəziyyətdə görür.
Binəqədi Rayon Prokurorluğundan bildirilib ki, rəngsaz işləyən İ.Rəhimov nərdivanla ağaca çıxıb. Kəndiri ağacın budağına keçirərək özünü asıb. İki azyaşlı balasını atasız qoyan İlkinin özünə qəsd etməsinin səbəbi məlum deyil.
Digər xəbərlər