Arvadı erməni olan azərbaycanlı Ermənistanda ərizə yazdı

Arvadı erməni olan azərbaycanlı Ermənistanda ərizə yazdı

4 Fevral 2014 12:26
Bəyəndim (0) Bəyənmədim (0)
Erməni tərəf: "Bu məsələ 2-3 ay ərzində öz həllini tapacaq"

Ermənistana siyasi sığınacaq üçün gedən azərbaycanlı ailə Ermənistan Miqrasiya Xidmətinə müraciət edib. Məlumata görə, ailə siyasi sığınacaq almaq üçün xidmətə ərizə ilə müraciət edib. Bu barədə Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Eqanyan bildirib. O, müraciətin detalları haqda məlumat verməyib. Ancaq siyasi sığınacaqla bağlı məsələlərin 2-3 ay ərzində öz həllini tapdığını bildirməklə kifayətlənib.

Qeyd edək ki, 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.
Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur./ans/