
İsmayıllıda yenə zəlzələ olub
Bu gün günorta saatlarında İsmayıllı rayonunda növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:43:44-də Pirquludan 16 km qərbdə, İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.50, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.
Digər xəbərlər