Hazırkı hava ilə bağlı məlumat

Hazırkı hava ilə bağlı məlumat

3 Fevral 2014 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, fevralın 2-si gün ərzində və 3-ü səhərə kimin ölkə ərazisində şaxtalı hava şəraiti davam edib, bəzi yerlərdə az qar yağıb.

Qar örtüyünün hündürlüyü Lerikdə 65, Lənkəranda 35, Astarada 32, Yardımlıda 25, Altıağacda 23, Şəki-Daşkəsəndə 18, İsmayıllıda 17, Zaqatala-Qubada 15, Ağstafa-Göytəpə-Qəbələdə 13, Oğuzda 12, Tovuzda 10, Gədəbəydə 9, Gəncə-Ceyrançöldə 8, Xazmazda 7, Xınalıqda 6, Tərtər-Şəmkir-Göygldə 5, Göyçay-Mingəçevir-Ağdərədə (Ordubad) 4, Biləsuvarda 3, Şamaxı-Mərəzədə 2 sm olub. Bakıda və Abşeron yarımadasında qar örtüyünün hündürlüyü Sumqayıtda 25 sm, Bakıda 6 sm, Maştağada 5 sm-ə çatıb.

Havanın temperaturu fevralın 2-də iqlim normasından 7 dərəcə aşağı olub. Bakı və Abşeron yarımadasında havanın minimal temperaturu 7-9 dərəcə şaxta, Aran rayonlarında 7-10 dərəcə şaxta, Kiçik Qafqazın rayonlarında 20 dərəcəyədək şaxta, Böyük Qafqazın rayonlarında 11-15, bəzi ərazilərdə 21 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 11-17 dərəcə şaxta təşkil edib.