Bakıda buzlu yollar 50 nəfərə xəsarət yetirib

Bakıda buzlu yollar 50 nəfərə xəsarət yetirib

3 Fevral 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına son 3 gün ərzində - yanvarın 31-i, fevralın 1-2-də 50-yə yaxın müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova apa-ya açıqlamasında bildirib ki, 3 gün ərzində küçədə yıxılma nəticəsində 40-dan çox insan xəsarət alıb, onlardan 29 nəfər xəstəxanaya yerləşdirilib. Qalan şəxslər isə ev şəraitində xəsarət aldıqları üçün onlara evlərində ilkin tibbi yardım göstərilib: "Zədələr əsasən yuxarı-aşağı ətrafların, qarının küt travması və digərləri olub".

Z.Vahidova qeyd edib ki, küçədə yaşayan kimsəsiz şəxslərin donvurması ilə bağlı 9 nəfər xəstəxanaya yerləşdirilib: "Onlar aşağı ətrafların donması diaqnozu ilə daxil olub. Onların arasında sərxoşlar da var idi. Müraciət edilənlərin hər biri xəstəxanaya yerləşdiriliblər".