
İsmayıllıda 4 bal gücündə zəlzələ olub
Bu gün səhər Azərbaycanın İsmayıllı rayonunda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb.Yeraltı təkanların maqnitudası 3.70, dərinliyi 12 km olub. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.Tikililərdə dağıntı yoxdur.
Digər xəbərlər