Week-enddə təcili tibbi yardımdan 3500 nəfər kömək istəyib

Week-enddə təcili tibbi yardımdan 3500 nəfər kömək istəyib

3 Fevral 2014 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər havaların dəyişməsi, qarlı və şaxtalı keçməsi ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayında ciddi artım qeydə alınmayıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova apa-ya açıqlamasında bildirib ki, fevralın 1-də stansiyaya 1680 müraciət daxil olub və müraciət edənlərdən 180 nəfəri xəstəxanaya yerləşdirilib. Onun sözlərinə görə, fevralın 2-də stansiyaya daxil olan 1750 müraciətdən 190 nəfəri xəstəxanaya aparılıb: "Son 2 gün ərzində avto-qəzalar nəticəsində də xəsarət alanlar olub. Belə ki, fevralın 1-də 5 yol qəzası nəticəsində xəsarət alan 5 nəfər, fevralın 2-də isə zərərçəkən 9 nəfərdən 7-si xəstəxanaya yerləşdirilib".

Z.Vahidova qeyd edib ki, dəm qazından zəhərlənmə ilə bağlı fevralın 1-də 5 nəfər, fevralın 2-də isə 13 nəfər təcili tibbi yardıma müraciət edib. Onun sözlərinə görə, fevralın 1-də müraciət edənlərdən 3 nəfər, fevralın 2-də isə 7 nəfər xəstəxanaya yerləşdirilib".