Belə şaxtalı havada qadın küçədə dondu

Belə şaxtalı havada qadın küçədə dondu

3 Fevral 2014 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda son günlər müşahidə olunan şaxtalı hava bir nəfərin həyatına son qoyub.

Paytaxtın Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Xanlar küçəsi 24 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədən donmuş meyit tapılıb. Araşdırma nəticəsində ölən şəxsin tüfeyli həyat tərzi keçirən 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib.Faktla bağlı araşdırma aparılır.