Kirayənişin ev sahibini bıçaqladı

Kirayənişin ev sahibini bıçaqladı

3 Fevral 2014 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Xaçmaz rayonunun, Xudat şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev-2 ünvanında şəhər sakini 1970-ci il təvəllüdlü Mudaliyev Rafiq Qasım oğluna həmin evdə kirayənişin qalan Yarəhməd adlı şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.