Kirayənişinlərin evi partladı: iki nəfər yandı

Kirayənişinlərin evi partladı: iki nəfər yandı

1 Fevral 2014 11:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Qusar rayonunda partlayış baş verib.

Məlumata görə, hadisə rayonun Çiləgir kəndində qeydə alınıb.Nəriman Məmmədova məxsus yaşayış evinin həyətində inşa olunmuş, ümumi sahəsi 18 kvadrat metr olan iki otaqlı yardımçı tikilidə qaz sızmasından partlayış olub.Nəticədə həmin tikilidə kirayədə yaşayan, 1950-ci il təvəllüdlü Hacıyev Şəkixan Cahangir oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Hacıyeva Maral Nüsrət qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq, Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.M. Hacıyevaya 3-cü, Ş. Hacıyevə isə aşağı ətrafların 2 dərəcəli yanıq diaqnozu qoyulub.Qadının vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı araşdırmalar davam etdirilir.