Bir ay ərzində 7 hərbçimizi torpağa verdik

Bir ay ərzində 7 hərbçimizi torpağa verdik

1 Fevral 2014 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

İlin bir ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 7 nəfər təşkil edib.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələri açıqlanıb. Bu barədə məlumat verən "Doktrina" JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 11 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 2-i döyüş (erməni gülləsi), 5-i isə qeyri-döyüş itkiləridir.

1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib. Dünyasını dəyişənlərin 6-ı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (11 nəfər) C.Sümərinli bildirdi ki, onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 2-i erməni gülləsindən, 3-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 10 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

Müvafiq dövrdə Azərbaycanın bir mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda bir Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb.

"Doktrina" JHAM İnformasiya Departamenti