Dələduz namizədə hökm oxundu

Dələduz namizədə hökm oxundu

31 Yanvar 2014 15:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində deputatlığa keçmiş namizəd Nəsimi Qədirovun məhkəməsi başa çatıb. İttihama görə, Nəsimi Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, "Qartal" MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və onun 90 min manatını alıb.

Ümumilikdə cinayət işində zərərçəkmişlərə dəymiş ziyan yarım milyondan çoxdur. Nəsimi Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, "Sahil" metrosunun üstündə yerləşən binada ayı 10 min manata olan kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. Nəsimi Qədirov insanlara vəzifədə işləyən adamları olduğunu deyib. Həmin şəxsləri inandırmaqla pullarını mənimsəməyi bacarıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi Qədirova hökm oxunub. Məhkəmənin hökmü ilə Nəsimi Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.