Hərbçilər Yanukoviçi vəziyyəti sabitləşdirməyə çağırıblar

Hərbçilər Yanukoviçi vəziyyəti sabitləşdirməyə çağırıblar

31 Yanvar 2014 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçiləri prezident Viktor Yanukoviçi ölkədə vəziyyətin sabitləşməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırıblar.

"RİA Novosti"nin xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib. "Ukrayna Müdafiə nazirliyinin aparatında çalışan və xidmət keçən Silahlı Qüvvələrin hərbi qulluqçuları və əməkdaşları öz vətəndaşlıq mövqeyini ifadə edərək, Ali Baş Komandanı ölkədəki vəziyyətin sabitləşməsi və cəmiyyətdə razılaşmanın əldə olunması üçün mövcud qanunvericilik çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirməyə çağırıblar" – deyə açıqlamada bildirilir.

Qeyd edək ki, yanvarın 27-də Ukraynanın müdafiə naziri Pavel Lebedev bəyan edib ki, Silahlı Qüvvələr ölkədəki münaqişəli vəziyyətə qarışmır və onun həllində iştirak etmək niyyətində deyil. O, bəzi siyasətçilərin ordunu ölkədəki siyasi böhranın həllinə cəlb etmək təşəbbüslərini təxribat kimi qiymətləndirib.

Hazırda Ukrayna prezidenti Viktor Yanukoviç xəstəliyi ilə əlaqədar məzuniyyətə çıxıb.