
Urmiyada 5 nəfər edam edilib
İranın Qərbi Azərbaycan vilayətində 5 nəfər edam edilib. Apa -nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Belə ki, ötən günlərdə 6 nəfər edam hökmlərinin icrası üçün Urmiya şəhərinin mərkəzi həbsxanasının təkadamlıq kamerasına köçürülüb və onlardan 5-i asılıb. Onların ad və soyadları da açıqlanıb. Bunlar Kərəm Rəsayi, Cavad Qəşəmzadə, Həmidislam Sekan, Rəşid Kəramət və Xəzər Ahusdur.
Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 30-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında (Dərya) icra olunub.
Digər xəbərlər