
21 yaşlı gənc meşədə həyatına son qoydu
Gəncə şəhər sakini Samuxda özünü asıb.
Samux rayon Polis İdarəsindən verilən məlumata görə yanvarın 30-da saat 19 radələrində Samux rayon Hacallı kəndi ərazisində yerləşən meşə massivində iplə ağacdan asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, özünü asan şəxs Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəlilov Rəşid Aydın oğludur. Polisdən bildiriblər ki, 21 yaşlı gənc ruhi xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı Samux Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Digər xəbərlər