
"BMW"də ölənlərin kimliyi məlum oldu
Ağstafa rayonunda baş verən yol qəzasında ölənlərin adı məlum olub.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Aşağı Qaraşanlı kəndində qeydə alınıb. Fizuli rayon sakini, 1984-cü il təvəllüdlü Elnur Məhərrəm oğlu Əliyevin idarə etdi BMW markalı, 90 ER 606 dövlət nömrə nişanlı avtomobilin körpüdən aşması nəticəsində avtomobilin sürücüsü və sərnişinləri - Ağstafa rayon sakinləri, 1992-ci il təvəllüdlü Alı Zöhrab oğlu Mehralıyev, 1988-ci il təvəllüdlü Alqayıt Telman oğlu Abbasov və Ağsu rayon sakini, 1990-cı il təvəllüdlü Nail Maqsud oğlu Əliyev hadisə yerində ölüblər.
Digər xəbərlər