“BMW” körpüdən aşdı: 2 nəfər öldü

“BMW” körpüdən aşdı: 2 nəfər öldü

31 Yanvar 2014 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxda ötən gün gecə saatlarında 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonunun Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik texnikası qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.