Sevgilisilə problem yaşayan qız özünü yandırıb

Sevgilisilə problem yaşayan qız özünü yandırıb

30 Yanvar 2014 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı sakini özünü yandırıb. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Mərkəzi Klinikanın qarşısında qeydə alınıb.

1992-ci il təvəllüdlü Məleykə Bayramlı klinikanın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. Qadın ağır bədən xəsarətləri ilə 5 saylı Klinik Xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

İdarədən həmçinin bildirilib ki, M. Bayramlı sevdiyi oğlanla aralarında yaranmış problemlə əlaqədar intihara cəhd edib.